KriptoHesabla formulları və məlumat mənbələri

KriptoHesabla formulları və məlumat mənbələri

Kalkulyatorların hansı formulla işlədiyini, canlı məlumatın haradan gəldiyini və nəticənin hansı hallarda yalnız təxmini olduğunu görün.

Hesablamalar necə qurulub?

Kripto alətində rəqəm görmək kifayət deyil. Həmin rəqəmin hansı formula, hansı data və hansı fərziyyə ilə alındığını bilmək lazımdır. KriptoHesabla buna görə hər kalkulyatorda input-ları, formulu və məhdudiyyətləri açıq göstərir.

Hesabınıza qoşulmaq və API Key vermək tələb olunmur. Balans, Entry, Stop Loss, mövqe və komissiya kimi şəxsi input-lar brauzerdə hesablanır.

Nəticələr yalnız maarifləndirici təxmindir. Order verməzdən əvvəl birjanın göstərdiyi real rəqəmləri yoxlayın.

Canlı data haradan gəlir?

USDⓈ-M Futures alətləri üçün Mark Price, son qiymət, cari Funding Rate və növbəti Funding vaxtı Binance public market data API vasitəsilə alınır. Bu sorğular hesab icazəsi istəmir.

USD/AZN üçün əsas istinad Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnə səhifəsidir. USDT/AZN bank məzənnəsi deyil. Sayt USDT bazar qiyməti ilə rəsmi USD/AZN dəyərini birləşdirərək yalnız istinad hesablaması verir; P2P və ya bankın faktiki alış-satış qiyməti kimi təqdim etmir.

Hər avtomatik dəyərin mənbəsi və yenilənmə vaxtı görünür. Yeni data gəlmirsə, köhnə cache “köhnəlib” kimi işarələnir. Etibarlı cache yoxdursa, istifadəçi dəyəri əl ilə daxil edə bilər.

Əsas formullar

Likvidasiya qiyməti

Təxmini sərhəd mövqenin equity-si maintenance margin-ə bərabər olduqda hesablanır. Q miqdar, E Entry, P likvidasiya qiyməti, r Maintenance Margin Rate, a Maintenance Amount, C effektiv təminatdır:

  • Long: P = (Q × E − C − a) ÷ [Q × (1 − r)]
  • Short: P = (C + Q × E + a) ÷ [Q × (1 + r)]

Isolated üçün C cari Margin və əlavə Margin-dən ibarətdir. Cross üçün sərbəst balans və digər mövqelərin unrealized PnL-i də lazımdır. Bu account-level input-lar yoxdursa, Cross nəticəsi göstərilmir.

Position Size

Risk büdcəsi = hesab balansı × bir əməliyyata risk faizi

Position Size = risk büdcəsi ÷ (vahid üzrə qiymət riski + giriş/çıxış fee-si + slippage)

Risk faizi istifadəçinin input-udur; sayt konkret faiz tövsiyə etmir.

PnL və ROE

  • Long brüt PnL: (Exit − Entry) × miqdar
  • Short brüt PnL: (Entry − Exit) × miqdar
  • Xalis PnL: brüt PnL − giriş fee-si − çıxış fee-si − Funding xərci
  • ROE: xalis PnL ÷ ilkin Margin × 100%

Leverage və Margin

Lazım olan ilkin Margin = mövqenin nominalı ÷ Leverage

Faktiki Leverage = mövqenin nominalı ÷ hesab equity-si

Bu sadə müqayisəyə Maintenance Margin və digər mövqelər daxil deyil.

Funding Fee

Funding məbləği = mövqenin nominalı × Funding Rate

Rate müsbətdirsə Long adətən ödəyir, Short alır; rate mənfidirsə istiqamət dəyişir. Settlement vaxtında həm mövqe nominalı, həm də rate fərqli ola bilər.

Risk/Reward

Stop ssenarisinin komissiyadan sonrakı zərəri və Take Profit ssenarisinin komissiyadan sonrakı mümkün gəliri ayrı hesablanır. Sonra Reward ÷ Risk göstərilir. Bu nisbət Take Profit ehtimalı deyil və trading signal vermir.

Take Profit və Stop Loss

Hədəf xalis mənfəət və qəbul edilən xalis zərər PnL tənliyinə qoyulur, fee-lər daxil edilərək Exit Price həll olunur. Stop Loss trigger-dir; konkret icra qiymətinə zəmanət vermir.

Fee-dən sonrakı break-even

Xalis PnL sıfıra bərabər götürülür. Giriş fee-si, çıxış fee-si və məlum Funding xərci daxil edilərək Long və ya Short üçün break-even qiyməti tapılır.

DCA orta maya dəyəri

Çəkili orta = Σ(qiymət × miqdar) ÷ Σmiqdar

Komissiyalı orta maya = [Σalış məbləği + Σkomissiya] ÷ Σmiqdar

Nəticə niyə birjadan fərqlənə bilər?

Risk pilləsi, Maintenance Amount, qismən icra, maker/taker fee-si, VIP endirimi, slippage, qiymət qoruması, ADL, sığorta fondu və birja qaydalarının yenilənməsi nəticəni dəyişə bilər. Xüsusən Cross Margin üçün sadə kalkulyator real liquidation engine-i tam təkrarlaya bilməz.

Metod və mənbələr son dəfə 2026-07-30 tarixində yoxlanıb.